Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur
25.11.2022 [12:01]
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir. Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya ilk səfərinin məqsədi də məhz ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Qeyd etmək lazımdır ki, Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış və 23 sentyabr 1993-cü ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Gələn il isə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.
Bu gün Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı məmnunluq doğurur. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və təmaslar ikitərəfli əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradır. Məlumat üçün bildirək ki, Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Bundan başqa, 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Onu da əlavə edək ki, ¬Prezident İlham Əliyev IX Qlobal Bakı -Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.
Azərbaycan da daim Albaniyaya dəstək göstərib. Xatırladaq ki, 2019-cu il 26 noyabr tarixində Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb. Albaniyanın enerji təhlükəsizilyinin təmin edilməsində də Azərbaycanın rolu artır. Enerji sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin əsas istiqamətidir. “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan “Transadriatik” boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə “Cənub Qaz Dəhlizi”nin iştirakçısıdır. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniyanı öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib.
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib.
Hazırda Albaniya üçün Azərbaycanla əməkdaşlığın inkişafı ön planda yer alır. Albaniya Prezidenti Bayram Beqay mətbuata birgə bəyanat zamanı bildirib ki, ölkəsi Azərbaycanla daha sıx əməkdaşlığa can atır. Onun sözlərinə görə, Albaniya Azərbaycanla enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb: “Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək"
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyat, diplomatiya və ticarət sahələrində özünün ən yaxşı dövrlərindən birini yaşayır. Enerji böhranı və mövcud geosiyasi vəziyyət ölkəyə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verib. Azərbaycan energetika və ticarət sahəsində avropalılar üçün əsas həmsöhbətə çevrilib. İki tərəf arasında görüşlərin yüksək intensivliyi də bunu sübut edir.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

