Orta dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yoldur
28.11.2022 [15:42]
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində dünyada böyük nüfuza sahib olan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə işğalçıdan təmizlənən ərazilərimizin bərpası, yenidən qurulması, həmçinin mühüm nəqliyyat dəhlizlərinin coğrafiyasının genişlənməsi və inkişafı istiqamətində reallaşdırılan layihələr, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılan, bütün bunlar barədə həqiqətləri beynəlxalq aləmə çatdıran konfranslar bunun bariz ifadəsidir.
Bildiyimiz kimi Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə dünya aləmdə böyük nüfuza malik dövlətə çevrilmişdir. Belə qlobal miqyaslı tədbirlər vasitəsilə dünya ictimaiyyəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yerləşdiyi bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində gerçəkləşdirilən mütərəqqi siyasətlə tanış olur, həyata keçirilən strategiyanı dəstəkləyir.
Noyabr ayının 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfrans da, şübhəsiz ki, bu baxımdan böyük əhəmiyyətə malikdir. Keçirilən tədbirdə Prezidentimiz mühüm məslələrə toxunmuşdur.
Dövlətimizin başçısı tədbirdəki çıxışında da bu məsələyə toxunaraq, Orta Dəhliz kimi irimiqyaslı layihənin icrasını təhlükəsizlik, iqtisadi bacarıq və geosiyasət amillərinin şərtləndirdiyini, konfransın da məhz bu məqsədlə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlandırıldığını vurğulayıb. Ölkə rəhbəri çıxış edərək bildirib ki, “Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir... Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”.
Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hesab edilən Orta Dəhliz Çindən Türkiyəyə, o cümlədən, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımaları həyata keçirir. Bu dəhliz vasitəsi ilə daşınacaq yüklər orta hesabla 20-25 günə Çindən Avropaya çatdırılır. Bu da zaman baxımına görə dəhlizin əsas üstünlüklərindən biridir.Buna görə də hazırda Orta dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunur. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından mühüm önəm daşıyır.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

