/ / Bu gün milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir
Bu gün milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir
27.12.2022 [10:58]
“Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndikcə, hərbi-siyasi, sosial-iqtisadi gücü artdıqca milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir. Necə ki, illər ötsə də, Qarabağımızı, Şərqi Zəngəzurumuzu unutmadıq və 30 il sonra müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin torpaqlara qayıtdıq, eləcə də 100 il öncə zorla və siyasi hiyləgərliklə Azərbaycandan qoparılmış Zəngəzur, Mehri ərazilərini, indiki leksikonla desək, Qərbi Azərbaycanımızı da unutmuruq. Hətta, bu gün radikal siyasi qruplaşmalar tarixi təhrif etməyə çalışsa da, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə bağışlamasını da unutmuruq və bu addımı xəyanət və cinayət kimi qiymətləndiririk. Soyqırımılar və deportasiyalar tarixi də xalqımızın qan yaddaşı olduğundan böyük ədalətsizlikləri və cinayətləri görməzlikdən gəlmək mümkün deyil”. Bunu Yeni Azəbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız da tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Necə ki bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanlar tarixi dədə-baba torpaqlarına qayıdıblar, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımız da həmin yerlərə qayıdacaqlar. Baxmayaraq ki, sonuncu deportasiyadan 34 il ötür, lakin həmin soydaşlarımızın yaxınları, uşaqları, nəvələri bu qayıdışın əsas iştirakçılarına çevriləcəklər. Sirr deyil ki, xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Təsadüfi deyil ki, deportasiyaya məruz qalmış insanlarımızla söhbət zamanı aydınlaşır ki, bu gün də onlarda həmin yerlərin xəritələri, evlərinin şəkilləri, kitablar, qəzetlər var. Bu kateqoriyadan olan soydaşlarımızın hər biri tarixi yerlərimizin niskili ilə yaşadıqları və hər an qayıdacaqlarına böyük ümidlər bəslədikləri də gün kimi aydındır. Bu səbəbdən də ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da xalqımızın bütün tarixi, dini abidələrini yerlə-yeksan ediblər, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Lakin buna nail ola bilməyiblər. Çünki XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Tarixi faktlar, mənbələr də sübut edir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
“Bu gün qarşımızda duran əsas vəzifələrdən biri də məhz Qərbi Azərbaycanla bağlı bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyev dəfələrlə bu barədə danışıb və Qərbi Azərbaycan tarixi ilə əlaqədar faktları diqqətə çatdırıb: “Bu gün Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Qərbi Azərbaycan ilə bağlı fikirlərini qətiyyətlə səsləndirir, hətta qayıdışlar bağlı hüquqi, sülh xarakterli fikirlərini bildirir. Ona görə də, xalqımızın hüquqi və tarixi tələbləri beynəlxalq müstəvidə reallaşdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar, Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Prezident İlham Əliyevin tövsiyələri əsasında Qərbi Azərbaycan İcmasının xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmasları qurulmalıdır. Bir daha Ermənistanın tarixi saxtakarlığı ifşa olunmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

