Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib
30.12.2022 [19:04]
31 ildir ki, Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu tarixi əlamətdar bayramlardan biri kimi qarşılayırlar. 2020-ci ildən etibarən isə MilliHəmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunur. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsindəki tarixi qələbədə xalqımızın millihəmrəyliyi də böyük rol oynayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ulu Öndər, Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin dekabrın 31-nin DünyaAzərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərar dünyanın ayrı-ayrı guşələrində yaşayan azərbaycanlıların ümumi vətənimizin inkişafı, çiçəklənməsi naminə bir araya gələrək vahidazərbaycançılıq ideologiyası ətrafında birləşmələrində misilsiz rol oynamışdır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi və tələbi ilə yenidən hakimiyyətə gəldikədn sonrabeynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından həmvətənlərimizin arasında sıx, monolit birliyə nailolunmasını dövlətimizin qarşısında duran önəmli siyasiprioritetlərdən biri kimi müəyyən etmişdir. ÜmummilliLider xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşər, problemləri, qarşılaşdıqları çətinliklərlə tanış olar, onların aradanqaldırılması istiqamətində zəruri tədbirlər görər, milli-mənəvi dəyərlərimizin qorunmasının, onların yad, yabançı təsirlərdən hifz olunmasının, adət -ənənələrimizə sevgi, məhəbbət ilə yanaşılmasının xüsusi önəm kəsb etdiyini tövsiyə edər, bu baxımdan uğur qazanmağın yeganə yolunun milli birlikdən, həmrəylikdən keçdiyinivurğulayardı.
Ulu Öndərin ideyalarını ən yüksək səviyyədə davametdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl, məqsədyönlü siyasət, göstərilən hərtərəfli diqqət və qayğı sayəsində Azərbaycanın diaspor təşkilatları daha mütəşəkkil şəkildə fəaliyyət göstərir, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində uğurlarını daha da artırırlar. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhunyüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir. Məhz busiyasətin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bufəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyadagetdikcə yaxından eşidilməsidir.
Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, millihəmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq 2022-ci ilin aprel ayının 22-də Şuşaşəhərində Dünya Azərbaycanlılarının V qurultayı keçirilmişdir. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdir. Qurultayda çıxış edən dövlət başçımız bildirmişdir ki, Azərbaycan dövləti öz fəaliyyətində həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır, təmaslar qurur. Bütün bu tədbirlər milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük xalqları ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarixsəhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimiformalaşmasına güclü təkan verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə Azərbaycanın inkişaf yolunda ardıcıl qazandığı uğurlarbütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibikimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da qürurlandırır. Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayansoydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha damöhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində möhtəşəm qələbəyə nail olundu. 30 illik Vətən, yurdhəsrətinə, nisgilinə son qoyan bu tarixi zəfərin ölçüyəgəlməz sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Qürur hissi keçiririk ki, bu böyükqələbənin qazanılmasına həmyerlilərimiz də özlərinin layiqli töhfələrini vermişlər. Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlhamƏliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm millihəmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olanyüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər birazərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

