Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü təsdiqləyəcək
11.01.2023 [11:45]
Azərbaycan idman ölkəsidir. Bu fikri böyük inamla qeyd etməyə ciddi əsaslar var. Birincisi, ölkəmizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, Azərbaycan bütün oyunları yüksək səviyyədə keçirsin. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili də bunun bariz nümunəsidir. Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədirlər. İdmanın inkişafı və kütləviliyi ilə bağlı da düşünülmüş, ardıcıl siyasət aparılır. Hər zaman bu əminlik də ifadə edilir ki, gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə böyük hörmətlə yanaşacaq. Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü təsdiqləyəcək və malik olduğu imkanları nümayiş etdirəcək. Təbii ki, bu fikirləri böyük inamla qeyd etməyimizdə hər ilin idman yekunları da öz sözünü deyir.
Yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Azərbaycanın 2022-ci ildə qazandığı uğurlardan bəhs edərək qarşıdakı dövrün hədəflərini açıqladı. “Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir: “Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”
Dövlət başçısı İlham Əliyev Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı qələbələrdən danışaraq bu statistikanı açıqladı ki, 800-dən çox medal qazanılıb, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır. Ölkə Prezientinin qeyd etdiyi kimi, ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Qazanılan medallar Azərbaycanın beynəlxalq aləmdə təqdimatıdır. Bu fikir daim önə çəkilir ki idman da siyasətdir. Keçirilən idman yarışlarında hər bir ölkənin malik olduğu imkanlar özünü aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, qazanılan qələbələr Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, üçrəngli bayrağının yüksəklərə qaldırılması ilə müşaiyət olunur ki, bu, öz növbəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna yeni əlavələr gətirir. Bu gün Azərbaycan idmançıları qalib ölkəni təmsil etdikləri üçün qürurludurlar. Cənab İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi qeyd etdi ki, tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.
Gələcək nəsil də vətənpərvərlik ruhunda tərbiyə ediləcək. Necə ki, Azərbaycan gəncləri daim milli ruhda böyüyüb, torpaq, Vətən sevgisi sonsuzdur. Elə bir gənclik yetişdirildi ki, həm idman arenalarında, həm də döyüş meydanında ölkəmizin bayrağını yüksəklərə ucaldır. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Tarixi Zəfərimiz milli qürurumuzu bərpa etdi, xalqımızın müzəffər, yenilməz xalq olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev bir daha bu çağırışı etdi: “Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.”
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

