Ermənistan sülh müqaviləsinin qaçılmaz olduğunu anlamalıdır
16.01.2023 [13:34]
Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü artırır.
Azərbaycanın geostrateji mövqeyi həmişə müxtəlif ticarət yollarının üstündə yerləşməsinə görə hamını cəlb etmiş, diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi nəzərdən qovuşuqda yerləşən ölkə üçün heç də asan olmamışdır. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Bütün çətinliklərə baxmayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə verib.
Görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilir. Azərbaycanın inkişaf proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.
Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.
Dövlət başçısının bir neçə gün öncə televiziyalara müsahibəsi Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı olmaqla bərabər, həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Cənab Prezident İlham Əliyev müsahibədə Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarından geniş bəhs edərək 2023-cü ilin də ölkəmizin tarixində mühüm hadisələrlə yadda qalacağına əminliyini ifadə etdi. Vurğulandı ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək, ordu potensialımızı gücləndirmək əsas hədəflərdəndir.
Cənab Prezident İlham Əliyevin bütün çıxışlarında, müsahibələrində diqqət yönəldilən əsas məsələ tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsidir: “Baxmayaraq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçib, Ermənistan bu prosesin uzanması istiqamətində səylər göstərir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibədə bu çağırışı etdi ki, Ermənistan sülh müqaviləsinin qaçılmaz olduğunu anlamalıdır. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır”.
Azərbaycan dünya səviyyəsində siyasi müstəvidə özünün milli maraqlarını təsdiq edə bilib. Bu gün qüdrətli, güclü Azərbaycan dövləti qurulmaqdadır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana ola biləcək hər hansı bir təhdidin, bizim ərazimizdə və kənarda olmasına baxmayaraq, qarşısı qətiyyətlə alınacaq. Bu, Ermənistan və onu müdafiə edənlər üçün də çox ciddi bir mesajdır. Həmçinin ölkə Prezidenti faktlarla, xronoloji ardıcıllıqla göstərdi ki, məsələnin sona kimi həll edilməsi üçün Azərbaycan bütün müvafiq addımları atır. Ermənistan isə hər hansı bir möcüzə gözləyir. Bu ölkə hələ də özünün uydurduğu yalanlardan xilas ola bilmir. Atdığı addımlar onu gücləndirmək əvəzinə daha da zəiflədir.
Cənab Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlarla yanaşı, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirmək olar. Ölkəmizin ötən ili bütün sahələrdə uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxElm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31

