“Siyasi partiyalar haqqında qanun” siyasi partiyaların fəaliyyətində faydalı rol oynayacaq
17.01.2023 [16:31]
Bildiyimiz kimi, ölkəmizdə siyasi partiyalar haqqında qanun sonuncu dəfə 1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilməsinə baxmayaraq, müasir zamanla uyğunlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Məclisində böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına diqqətlə yanaşılıb. Bununla əlaqədar olaraq Milli Məclisdə layihə üzərində iş aparılarkən, əlaqədar ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdi. Hətta müəyyən olunmuşdur ki, ötən illər ərzində qonşu ölkələrdə də siyasi partiyalarla bağlı qanunvericilikdə maliyyələşmə ilə bağlı dəyişikliklər olmuşdur. Bununla yanaşı, ölkəmizdəki 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur ki, onlara da kifayət qədər diqqət yetirilmişdi. Aptıq siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilmə zərurəti yaranmışdır.
Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür. Həqiqətən, çox sevindirici haldır ki, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. İnanıram ki, yeni qanun siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir edəcək. “Siyasi partiyalar haqqında Qanun”un qəbulu Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir. Bu sənəd siyasi müstəvidə münasibətlərin aydınlaşmasına, siyasi partiyaların gücünün birləşməsinə, eyni zamanda, düşüncəsi cəmiyyət tərəfindən qəbul olunacaq siyasi qüvvənin üzə çıxarılmasına münbit şərait yaradır.
Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin özünün sifarişindən irəli gəlirdi. Ona görə də qanunverici orqan olan Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal təqdirlə qarşılandı və nəticədə, bugünkü siyasi münasibətlərimizin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.
Beləliklə, hamının arzuladığı qanun nəhayət, qəbul edildi və gələcəkdə siyasi partiyaların fəaliyyətində faydalı rol oynayacaq.
Yeni Azərbaycan Partiyası
Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

