Samuxda “Azərbaycan qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi” mövzusunda tədbir keçirildi
19.01.2023 [12:48]
19 Yanvar 2023- ci il tarixində YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Azərbaycan qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi” mövzusunda tədbir keçirildi. Əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Sonra tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 20 yanvar faciəsinin yaranma səbəbləri və bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə danışdı. 20 Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına deyil, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu bildirdi. Gündüz Bayramov onu da qeyd etdi ki, yalnız dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra faciənin baş verməsinin səbəbləri araşdırılıb, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Gündüz Bayramov, Ulu öndərin siyasi idarəçiliyini böyük məharətlə davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar faciəsi qurbanlarının xatirəsini daim uca tutduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırdı.
Sonra dəyirmi masada iştirak edən Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd etdi. Bildirdi ki, bu qanlı hadisələrindən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü. Natiq həmçinin bildirdi ki, gənclərimiz bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməlidir.
Daha sonra dəyirmi masada iştirak edən ərazi partiya təşkilat sədrlərindən Şəmistan Yusifov, Elvin Quliyev, Aytən Məmmədova, Gülmira Nəbiyeva və YAP fəallarından Sevinc Məmmədova Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında hüznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını, öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu qeyd etdilər. Bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsindən danışdılar, sonralar faciəyə siyasi qiymətin verilməsində ulu öndərin böyük rolu olduğunu xüsusi ilə vurğuladılar.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

