Müzəffər xalqın gəncləri daha işıqlı sabaha doğru inamla addımlayırlar
02.02.2023 [13:03]
Ulu Öndər Heydər Əliyevin gənclərin ölkə həyatında oynadığı müstəsna rolla bağlı deyirdi: "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir".
Azərbaycanda əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti sayəsində Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirir, ölkədə tutmasında müstəsna rola malikdirlər.
Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır.
Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. 44 günlük müharibədə Zəfərimizi daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatında yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimizin birliyinin bir daha şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxaraq, Prezident cənab İlham Əliyevin etimadını layiqincə doğrultdular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il martın 20-də qalibiyyət zirvəmiz Şuşadan - Cıdır düzündən xalqa müraciəti zamanı qürurla bəyan etdiyi kimi, Vətən müharibəsində qazandığımız şanlı Qələbədə gənc nəslin misilsiz rolu oldu.
44 günlük Vətən müharibəsi zamanı təkcə ölkəmizdə yaşayan gənclərimiz deyil, dünyada azərbaycanlıları da sosial şəbəkələrdə çox fəal oldular, informasiya məkanında üstünlük əldə etdilər.
Bu gün qürurla deyirik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda yetişməkdə olan vətənpərvər gənclərin güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Ötən ilin dekabr ayının 12-dən ictimai fəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə keçirilən etiraz aksiyasında Azərbaycan gəncləri fəallıqları ilə seçildilər. Gənclərimiz qışın şaxtasında Laçın-Xankəndi yolunun kənarında dayanaraq Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər. Artıq Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 53 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq aksiya azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılana və ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyana qədər davam edəcək.
Ramil Orucov qeyd edib ki, Azərbaycan gəncliyi fəal sosial təbəqə kimi ictimai həyatda mühüm rola malikdir. Onlara dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksəkintellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən gənclər siyasətinin əsas məqsədi də yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib.
Gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsi, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılması, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması, beynəlxalq gənclər hərəkatında iştirakı gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə etimad göstərib, onların ən böyük himayəçisi və dəstəkçisi olub. Məhz bunun üçün müzəffər, qalib xalqın gəncləri daha işıqlı sabaha doğru inamla addımlayırlar – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

