/ / Azərbaycan-Rumıniya tərəfdaşlığı, Cənubi Qafqazda və Avropada təhlükəsizliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradacaq
Azərbaycan-Rumıniya tərəfdaşlığı, Cənubi Qafqazda və Avropada təhlükəsizliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradacaq
06.02.2023 [10:56]
Avropa əmək bazarının balanslaşdırılması, Aİ-yə üzv olan dövlətlərin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi bütün Avropa sakinləri üçün insanların azad hərəkətləri daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətlə yanaşılması hallarına böyük önəm verən dövlətlərdən biri də Rumıniyadır.
Azərbaycan Rumıniya əlaqələrinin tarixi çox qədimdir. Kökü orta əsrlərə söykənən bu əlaqələr müstəqillik dövründə daha da inkişaf etdirilmişdir. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanımışdır. Rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirilmiş, 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılmış, iki ölkə arasında 11 sənəd imzalanmışdır.
2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən imzalanmış "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsidir. Hazırda da ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Bu gün Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyil. Buxarest eyni zamanda həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi yolu ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturlarının inkişafına yönəldilmiş proseslərdə əvvəlki kimi yenə də fəal iştirak edir. Azərbaycanın enerji resurslarının Avropa bazarına çatdırılması, qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi Rumıniya-Azərbaycan əlaqələrinin iqtisadi müstəvidən siyasi müstəviyə keçirilməsində böyük rol oynamışdır.
Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Bakıya səfəri bu münasibətlərin gələcək inkişaf perspektivlərinin güclü əsaslara malik olduğunun göstəricisidr. Rumıniya Prezidenti ilə görüşdən sonra mətbuata verdiyi bəyanatında cənab Prezident İlham Əliyev bildirmişdir: “Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək.”
Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada çoxşaxəli fəaliyyəti ilə seçilir. Belə ki, SOCAR-ın Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Bu ölkənin xam neftə, qaza olan tələbatının ödənilməsi sahəsində Azərbaycan mühüm rol oynayır. Digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır və qəbul edir.
Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bu gün iki ölkə arasında müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycanın yaşıl enerjisinin Avropaya çatdırılması məsələsidir. Azərbaycanda bərpa olunan və yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Starteji və böyük sərmayə tələb edən bir layihənin həyata keçirilməsində hər iki dövlət maraqlıdır. İqtisadi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasında səylərini əsirgəməyən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu gün Avropada, eləcə də Rumıniyada rəğbətlə qarşılanır və bu əməkdaşlığa yüksək qiymət verilir. Cənab Yohannesin bəyanatından da görünür ki, Rumıniya Azərbaycanın bütün səviyyələrdə dəstəklənməsində kifayət qədər önəmli addımlar atır.
Cənubi Qafqazda Rumıniyanın ən böyük və etibarlı tərəfdaşı olan Azərbaycanla münasibətlərə verilən önəm ilk növbədə haqq işimizdə bizi dəstəkləyənlərin çoxalmasına, digər tərəfdən sabitliyə və iqtisadi yüksəlişə səbəb olacaqdır. Bunu cənab Klaus Yohannisin söylədiyi fikir bir daha təsdiq edir: “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq.”
Göründüyü kimi, Azərbaycan-Rumıniya tərəfdaşlığı, o cümlədən nəhəng enerji layihələrin həyata keçirilməsi Cənubi Qafqazda və Avropada təhlükəsizliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradacaqdır.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

