Münhen Təhlükəsizlik Konfransı: Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaq üçün növbəti imkan
21.02.2023 [14:43]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Hazırda dünya gündəminin əsas mövzularından biri Almaniyada keçirilmiş Münhen Təhlükəsizlik Konfransında müzakirə edilən məsələlərdir. Çünki Münhen Təhlükəsizlik Konfransı dünyada mövcud problemlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformadır.
Ümumiyyətlə, 1963-cü ildən keçirilən bu tədbirdə ilk illərdə əsasən müdafiə məsələləri müzakirə olunurdu. Konfransda Avropa dövlətləri və NATO-ya üzv olan ölkələrin rəhbərləri və müdafiə nazirləri iştirak edirdilər. Təsisçisi Adolf Hitlerə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və siyasi xadimi Evald fon Klaystdır. O, təsis olunduğu ildən 1998-ci ilə qədər MTK-nın sədri vəzifəsini həyata keçirib. İlk onilliklərdə MTK əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan idi. İştirakçıların coğrafi əhatəsi və müzakirə mövzularının genişliyi elə də böyük deyildi. Soyuq müharibənin başa çatması ilə Münxen Təhlükəsizlik Konfransı coğrafi əhatəsini genişləndirərək və ənənəvi “Qərb dünyası”ndan kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış, Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini də öz dairəsinə cəlb etməyə başladı.
Münhen Təhlükəsizlik Konfransının sayca 59-cu olan builki görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına dəvət alması, enerji təhlükəsizliyi və Cənubi Qafqazda təhlükəsizlik mövzusuna həsr olunmuş tədbirlərdə məzmunlu çıxışı, ikitərəfli görüşlər keçirməsi Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir.
Xüsusilə, Cənubi Qafqazda sülh və təhlükəsizlik beynəlxalq birliyin xüsusi diqqət mərkəzindədir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş də bunu sübut edir. Görüşdən sonra dövlətimizin başçısının jurnalistlərə açıqlamasından aydın oldu ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu diqqət mərkəzindədir. Burada ən vacib məsələ Bakının qəti şəkildə sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinə diqqəti yönəltməsidir. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Ümumilikdə rəsmi Bakı Ermənistanın bir neçə gün əvvəl verdiyi təklifləri nəzərdə alaraq, İrəvanın mövqeyində tərəqqi olduğunu hesab edir. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, bu tərəqqi kifayət etmir. Ermənistan öz gələcəyi naminə sülh sazişinin tez bir zamanda imzalanmasına maraqlı olmalıdır.
Laçın-Xankəndi yolundakı vəziyyətə gəlincə, Prezident İlham Əliyev bir daha hər hansı blokadadan söhbət getmədiyini diqqətə çatdırdı. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınlarının keçməsi faktı Ermənistanın məqsədli şəkildə yaydığı dezinformasiyaları da kölgədə qoydu. Blokada kimi cəfəng iddiaların Azərbaycana qarşı əsassız ittiham olduğu bəyan edildi. Dövlətimizin başçısının fikirlərindən də aydın olur ki, bütün görüşlərdə bu mövqe beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Önəmli məqamlardan biri də dövlət sərhəddində Ermənistan və Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təklifin irəli sürülməsidir. Dövlətimizin başçısının da söylədiyi kimi, sərhədlərin delimitasiyası bunu zəruri edir.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda da Prezident İlham Əliyev dövlət maraqlarına söykənərək sərrast nitqi, dəmir məntiqi, tutarlı arqumentləri ilə məsələlərə münasibət bildirdi, Azərbaycanın sülhsevər mövqeyini ortaya qoydu. Təbii ki, Azərbaycan uzun illərdir Cənubi Qafqazda sülh və sabitlik, əməkdaşlıq naminə çalışır və bütün səyləri buna əsaslanır. Vətən müharibəsinin nəticələri regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Dövlətimizin başçısı hələ də “Dağlıq Qarabağ” ifadəsini işlədən şəxslərə Azərbaycanda belə bir inzibati ərazi vahidi olmadığını xatırlatdı. Prezidentimiz, həmçinin Qarabağda yaşayan ermənilərin blokada şəraitində olması ilə bağlı əsassız iddialara da münasibət bildirdi, əsl həqiqəti iştirakçıların diqqətinə çatdırdı. Məlumdur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar edilir, həmin ərazilərdə ekoloji vəziyyət pisləşib. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar bu səbəbdən Şuşa-Laçın yolunda humanitar əsaslarla etiraz aksiyası keçirirlər. Rusiya sülhməramlılarının humanitar yükləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, həmçinin Qarabağda yaşayan ermənilər ərazidən sərbəst keçə bilirlər. Sözsüz ki, bununla bağlı qarşı tərəfin səsləndirdiyi fikirlər yalnız uydurmadır.
Bütövlükdə, bu mühüm platforma çərçivəsində Azərbaycanın dövlət maraqları cənab Prezident tərəfindən qətiyyətlə qorundu. Münhen Təhlükəsizlik Konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasında önəmli və vacib fürsət oldu.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

