Xocalı soyqırımı unudulmamalıdır
24.02.2023 [11:06]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
1992-ci ilin 25 fevralından bizi 31 il ayırır. Ötən 31 il ərzində bir çox hadisələrlə üzləşmişik. Amma 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı heç zaman unudulmur. Azərbacan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı faciəsini, “amansız və qəddar soyqırım aktı, insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biri” kimi dəyərləndirmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı faciəsini düşünərkən öldürülən 613 nəfəri , onlardan 106 qadını, 63 uşağı xüsusi olaraq qeyd etmək lazımdır. Daha böyük faciəni isə girov götürülən 1275 nəfər yaşayıb. Həmin girovlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil. 1992-ci ilin 25-dən 26-a keçən gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə baş vermiş bu faciə ilə bağlı deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Doğurdanda bu faciə ermənilərin iç üzünü bütün dünyaya açıb göstərdi. Təəssüf ki, dünya birliyi bundan nəticə çıxarmadı. Ermənilərə dur deyilmədi. Xocalı faciəsindən sonra neçə-neçə kəndlərimiz, rayonlarımız işğala məruz qaldı. 30 ilə yaxın müddət ərzində erməni faşistlərinin Azərbaycan torpaqlarından çıxarılması üçün heç bir tədbir görülmədi. Yalnız Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verildi. Kampaniyanın səmərəli fəaliyyəti nəticəsində 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edilir. Bu faciənin unutdurulmaması üçün hər bir vətəndaşımız üzərinə düşən vəzifəni yerinə yetirməli, faciə qurbanlarının xatirəsinə işğaldan azad edilmiş ərazilərdə abidələr ucaldılmalı, bu abidələr hərbi xidmətə aparılan gənclərimizin and yerinə çevrilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

