Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir
26.04.2023 [12:30]
Bu gün Azərbaycan güclü iqtisadiyyata malik ölkədir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Müstəqil Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyata malik olmasının əsasını da məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu təşkil edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin uğurları bugünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir.
Müəllifi məhz Ulu Öndər Heydər Əliyev olan yeni neft strategiyasının mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyası meydana qoyuldu və 18 sentyabr 2002-ci il tarixdə boru kəmərinin təməlqoyma mərasimi keçirildi. Azərbaycan-Gürcüstan-Türkiyə üç dövlət başçısının birgə iştirakı ilə keçirilən bu mərasim bütün inkişaf etmiş dövlətlər tərəfindən maraqla izlənilmiş və dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən yayımlanmışdı. Ümumi uzunluğu 1760 km. olan kəmərin 468 kilometri Azərbaycan, 225 kilometri Gürcüstan, 1037 kilometri isə Türkiyə ərazisindən keçir. Dünyanın ən böyük layihələrindən olan bu layihədə boru çəkilişi ilə yanaşı, Səngəçal terminalının genişləndirilməsi, Ceyhan limanında yeni nəhəng terminalın inşası, 11 nasos stansiyasının tikilməsi reallaşmışdı. İldə 50-60 milyon ton neft ötürmək qabiliyyətində olan bu kəmər hazırda da Ölkəmiz üçün iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ildən ilə inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi bizim əsas prinsiplərimizdir.
Əsası Ulu Öndər tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi təmin olunub, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. İndi Azərbaycan dünyada kifayət qədər tanınan, sürətlə inkişaf edən, güclü iqtisadiyyata malik olan və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil, qüdrətli bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

