Azərbaycanın beynəlxalq arenada artan nüfuzu göz önündədir
01.05.2023 [11:51]
Cari ilin aprel ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Rumıniya Respublikası, Macarıstan Respublikası və Slovakiya Respublikası arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Ölkə Başçısı imzalanmış Anlaşma Memorandumunun icrasının Avropada enerji təhlükəsizliyinin gücləndirməsinə və Azərbaycanın Avropa ölkəsinə daha çox qazı ixrac etməsinə şərait yaradacağını diqqətə çatdırdı. Cənab Prezident Azərbaycanın Avropanın müxtəlif sahələrdə etibarlı tərəfdaşı olduğunu, Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atdığını çıxışında bildirdi. “Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”.
Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi ilə bağlı böyük risklərlə üzləşdiyi bir zamanda xüsusən Rusiya – Ukrayna müharibəsi fonunda Avropada enerji böhranının yaşandığı dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artmaqdadır. Azərbaycan Rusiya – Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqına daxil olan dövlətlərə mavi qaz ixracatını ən çox artıran ölkədir bu əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Sofiyada imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcəkdir və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaqdır. Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Həmçinin, cənab İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarını da Avropaya çatdırılmasının real üsuludur. Artıq Qazaxıstan ildə 1,5 milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Trans Xəzər Boru xətti ilə Avropaya nəqli də məhz Azərbaycanın infrastrukturları hesabına və şəxsən Prezident cənab İlham Əliyevin sayəsində Avropanın strateji layihələri sırasına daxil edilib. Bunun da yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi bütün hədəflərə nail olmaq üçün lazımi addımları atmışdır və yaxın gələcəkdə də lazımı işlər görməyi nəzərdə tutmuşdur. Belə ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurla başa çatdırılmasından sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar həyata keçirilir. Çünki ilkin hesablamalar göstərir ki, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Xəzər dənizinin Azərbaycan sektorunda isə daha 157 qiqavat enerji potensialı vardır. Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyası neft meqalayihələrindən tutmuş, qaz, habelə yaşıl hidrogenə qədər layihələri əhatə edir ki, bu da əlavə güclü ötürmə xətlərinin olmasına, tamamilə yeni vəziyyət yaranmasına və Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasına gətirib çıxaracaqdır.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

