Ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib
31.05.2023 [12:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayının 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Azərbaycan artıq uzun müddətdir ki, Avrasiya İqtisadi Birliyinin demək olar ki, bütün üzvləri ilə əməkdaşlığını uğurla davam etdirir. Ölkəmizin üzv ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artaraq 4,7 milyard dollar təşkil etməsi təşkilatın iclasına ölkə başçımızın dəvət olunmasının məntiqi əsasını izah edir. Eləcə də 2023-cü ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmış, üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı isə 9 faizə yaxınlaşmışdır. Bununla yanaşı, 3,1 milyard dollar dövriyyə ilə təkcə Rusiya təşkilata üzv dövlət qismində Azərbaycanın ən böyük idxalçı tərəfdaşıdır. Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşı kimi Avropa qitəsindən olan dövlətlərin də aparıcı yeri danılmazdır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur.
Yalnız Ermənistan yeni iqtisadi-siyasi düzənə uyğunlaşmır və qarşılıqlı əlaqələrin qurulmasında maraqlı deyil. Təbii ki, istənilən halda iqtisadi, hərbi və siyasi çöküşdə olan Ermənistan burada itirən tərəfdir. Əlbəttə ki, yaxın zamanlarda bu vəziyyət dəyişə bilər. Öz çıxışında Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Buna görə də sülh gündəliyi öz aktuallığını hələ də qoruyur.
Dövlət Başçımız Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın yersiz replikasına da tutarlı cavab verərək növbəti dəfə ölkəmizin iqtisadi imkanlarını və sülhsevər siyasətini toplantıda iştirak edən dövlətlərin rəhbərlərinin nəzərinə çatdırdı. Qeyd etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq
normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət – buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə
çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir.
Prezident İlham Əliyev bir daha siyasi iradəsini orta qoydu. Bu, Azərbaycanın mövqeyinin ifadəsidir. Əlbəttə ki, dövlət başcısının sərgilədiyi bu uğurlu xarici siyasət Prezident İlham Əliyevin düşünülmüş, məntiqli siyasəti, eləcə də qəbul etdiyi çevik qərarların məntiqi nəticəsidir.
Cənab Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56

