Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrdir
01.06.2023 [15:08]
Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri ilə diplamatik, iqtisadi və siyasi əlaqələrə malikdir.Belə ölkələrdən biri də İsrail dövlətidir. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər.
Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ticarət, turizm və digər sahələrdə daha da dərinləşdirilməsi üçün aparılan müzakirələr, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhvələr verir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanması kifayət qədər önəmli əməkdaşlıq nümunəsidir.
Azərbaycan və İsrail Prezidentlərinin görüşü zamanı xüsusi olaraq enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsi də ətraflı müzakirə olunub. Qeyd etmək lazımdır ki, energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir.
Görüş zamanı Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bu Azərbaycanla İsrail arasında hərbi əməkdaslığın yüksək səviyyədə olmasından irəli gəlirdi. İsrail daim Azərbaycanla həmrəy olub, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Şərqi Zəngəzurun və Qarabağın bərpasında öz dəstəyini ölkəmizdən əsirgəməyib. Bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır. Belə amillərin bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaratmasına baxmayaraq, bu əməkdaşlıq iki dövlətin müstəqil iradəsinin təzahürü kimi meydana çıxır. Xüsusən kibertəhlükəsizlik sahəsidə təcrübənin öyrənilməsi əməkdaşlığın gələcək inkişafında aktual olan mövzulardır.
Siyasi və iqtisadi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında sıx dostluq əlaqələri də mövcuddur və bu dostluq əlaqələri tərəfdaşlığın əhəmiyyətini artırır. Yeri gəlmişkən, Azərbaycan-İsrail münasibətlərinin bu səviyyəyə yüksəlməsində həm ölkəmizdə olan yəhudi icmasının, həm də dost ölkədə yaşayan azərbaycanlıların böyük əməyi olub.Azərbaycanda yaşayan 20 minlik yəhudi icması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq məsələlərdə və Qarabağ məsələsinin həllində həmişə Azərbaycanın yanında olublar, ona dəstək veriblər.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

