Vətənpərvər, milli ruhda tərbiyə almış Azərbaycan gəncliyi…
01.06.2023 [16:02]
2020-ci il Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi. Eyni zamanda, II Qarabağ müharibəsi dünya hərb tarixinə mühüm və yeni mərhələ kimi yazıldı. 30 ilə yaxın davam etmiş erməni işğalına son verən 44 günlük Vətən müharibəsi həm də müasir Azərbaycan gəncliyinin igidliyini, cəsurluğunu, Vətən, dövlət uğrunda bir çağırışla ayağa qalxma bacarığını dünyaya nümayiş etdirdi. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün sürən əks-hücum əməliiyatları zamanı əlində silah Vətəni qoruyan Azərbaycan əsgərinin bir amalı vardı – Vətənin azadlığı uğrunda yalnız irəli. Məhz bu amalın, məqsədin nəticəsi idi ki, ermənilərin 30 il ərzində qurduqları səngərlər, səddlər 44 günə darmadağın edildi, erməni ordusu pərən-pərən düşdü.
Azərbaycan gəncliyi həmin günlərdə qürür səlnaməsi, qəhrəmanlıq dastanı yazmaq üçün ayağa qalxmışdı. "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyevin bir çağırışı Azərbaycan gəncliyi üçün yetərli oldu- dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı çıxışında da bildirdi ki, güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub: "Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır".
Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi. Ən əsası isə Azərbaycan gənci həmin günlərdə döyüşdən başqa heç bir şey fikirləşmədi. Bu, dqnya tarixində görünməyən bir hadisə idi – bir ordunun bütövlükdə döyüş günlərində fərrarisi olmasın. Prezident İlham Əliyevin də vurğuladığı kimi müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı.
Müharibə günlərində Prezident İlham Əliyevin çıxışları, xalqa müraciətləri diqqətlə izlənilirdi. Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan gəncinin, Azərbaycan əsğırinin öz Ali Baş Komandanın ətreafında sıx birləşməsi, dəmir yumruğa çevrilməsi Ermənistan ordusunun mənəvi çöküşünü rəsmiləşdirdi. Ən mühüm məqam isə ondan ibarət idi ki, Azərbaycan gəncliyinin, Azərbaycan əsgərlərinin böyük əksəriyyəti I Qarabağ müharibəsindən sonra dünyaya gələn gənclər idi. Bu bir daha Vətənə bağlılığı, doğma yurd uğrunda müqəddəs mübarizəni simvolizə edirdi. Beləliklə, ölkəmizdə uğurla inkişaf etdirilən dövlət gənclər siyasəti vətənə bağlı, xalqına bağlı gənclərin yetişməsində əsaslı rol oynayıb…
YAP Hacıqabul rayon təşkilatının sədri
İsmayıl İBRAHİMOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

