Milli maraqlara söykənən siyasət
27.07.2023 [11:22]
Prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalına müsahibəsində Çin və Azərbaycan əlaqələrin qurulmasından, bu işdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, eyni zamanda, iki ölkə arasında davamlı olaraq ticarət dövriyyəsindən geniş formada bəhs etdi. Ölkələrimizin iştirakçısı olduğu marşurut layihələri haqqında fikir bidiriən ölkə başçısı Azərbaycanın bu sahədə geniş potensialının olmasına da diqqət çəkdi.
Televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev vurğuladı ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Azərbaycan müstəqil davranır və siyasəti müstəqildir. Bu, əsas səbəbdir ki, ölkəmiz davamlı olaraq qərb mətbuatının hədəfindədir. Məhz bu səbəbdən Azərbaycan dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Ölkəmiz milli maraqlara söykənən siyasət yürüdür. Odur ki, qərb mətbuatının Azərbaycan haqqında yazdığı heç də önəmli deyil. Ölkə başçısı bildirdi ki, əsas olan Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündükləridir.
Ölkə başçısı müsahibəsində onu da qeyd etdi ki, hazırda Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Ölkəmiz Fransa hökumətinin çox əsassız hücumları ilə üzləşir. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır.
“China Global Television Network” televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı ölkəmizin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırlayıb. Bir neçə dəfə danışıqlar aparılıb. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Ölkə başçısı müsahibdə vurğuladı ki, bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.
Müsahibədə Prezident İlham Əliyevin idmanla bağlı fikirləri də böyük maraqla qarşılandı. Ölkə başçısı bu haqda danışarkən bildirdi ki, idman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. İdmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu mövzuda danışarkən ölkə başçısı ölkəmizdə keçirilən beynəlxalq idman yarışları və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması haqqında da fikirlər bildirdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37

