Yüksək səviyyəli Azərbaycan-Çin münasibətləri
27.07.2023 [11:43]
İyulun 22-də Çinin “China Global Television Network” televiziya kanalında yayımlan mühasibəsində Prezident İlham Əliyev verilən bütün sualları hər zaman olduğu kimi, tam əhatəli, dəqiq və faktlara əsaslanmış şəkildə cavablandırıb. Dövlətimizin başçısı Azərbaycan-Çin arasındakı mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Cənab Prezident iki ölkənin yürütdüyü siyasət və bir çox digər sahələrdə oxşarlıqların olduğunu qeyd edib. Həmçinin Azərbaycan və Çin əlaqələrinin tarixi və inkişafı istiqamətində bir çox məqamlardan, Ulu öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin qurulmasına, inkişafına, dərinləşməsinə verdiyi töhfədən söhbət açıb.
Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan - Çin münasibətlərindən bəhs edərkən qeyd edib ki, son zamanlar münasibətlərimiz daha da intensivləşib və əlbəttə ki, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. İkitərəfli əlaqələrin gələcəyindən danışarkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Çin arasında yekdil siyasət vardır. Dövlət başçısı onu da qeyd edib ki, iki ölkə arasındakı münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Prezidenti Si Cinpinlə görüşlərinə toxunaraq bildirib - “Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanin gündəliyindən daha genişdir”. Dövlətimizin başçısı eyni zamanda qeyd edib ki, Çin rəhbəri cənab Si Cinpin insan olaraq çox mehriban, hörmətcil və səmimi adamdır və şəxsən mən olunla təmasdan çox razıyam. O, olduqda məsuliyyətli şəxsdir və çox uğurlu xarici sayasət bunun nəticəsidir. Dünyadan Çinin dostlarının sayı ildən - ilə artır və bu, məhz cənab Si Cinpinin müdrük siyasətinin nəticəsidir.
İlham Əliyev müsahibəsində bir neçə il öncə dünyanı bürüyən Covid-19 pandemiyası zamanı Çinin və onun rəhbəri cənab Si Cinpin Azərbaycana olan köməyini xüsusi olaq vurğulayıb. Covid-19 başlayanda Azərbaycan peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdiyini və bu məsələdə bizə yardım edən yeganə ölkənin Çin olduğunu xatırladan dövlətimizin başçısı bildirib ki, biz bunu unuda biləmərik.
Çin tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini yüksək qiymətləndirən cənab İlham Əliyev ilk növbədə bunun dostluğa əlavə təkan və töhfə olacağını, qarşılıqlıə fəaliyyət nəticəsində mədəni əlaqələrin inkişafının surətlənəcəyini də xüsusi qeyd edib.
Zəngəzur Dəhlizin önəminə toxunan Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Dövlətimizin başçısı bununla bir daha mesaj göndərmiş oldu ki, Ermənistan tərəfi istəsə də, istəməsə də Zəngəzur Dəhlizi reallaşacaq.
Tayvan məsələsi barədə sualı cavablandıran dövlətimizin başçısı qeyd edib ki, biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək.
Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibə verməsi, iki ölkə arasında mövcud olan münasibətlərin dostluq, qardaşlıq üzərində qurulduğunu nümayiş etdirməklə yanaşı, mövcud münasibətlərin inkişafına təkan verəcək.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

