Azərbaycan diplomatiyasının növbəti uğuru
21.08.2023 [15:50]
Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, regionda, dünyada vəziyyət dəyişir. Biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. Milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında bildirdi ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edən daimi nümayəndə onu da qeyd etdi ki, məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadı. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi.
Reallıq budur ki, rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. Humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır.
Ermənistan hər addımı ilə sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını təsdiqləyir. Sözdə ölkəmizin ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan əslində Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycana reinteqrasiya siyasətinə qarşı çıxır. Ermənistanın baş naziri tez-tez Azərbaycanı “etnik təmizləmə”də ittiham edir. Əlbəttə ki, bütün bu yalanlar beynəlxalq ictimaiyyəti çaşdırmaq, ölkəmizi gözdən salmaq məqsədi güdür. Amma işğalçı dövlət unudur ki, yalanlarla ədaləti və beynəlxalq hüququ üstələmək mümkün deyil. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünün təsdiqi oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından bugünədək Azərbaycanın Bəyanatdan, eyni zamanda, keçirilən görüşlərdə imzalanan sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Azərbaycan sülh müqaviləsinin tez bir zamanda imzalanmasına səy göstərir. Bu səyləri qarşı təəfdən də tələb edir. BMT Təhlükəsizlik Şurasına əsassız müraciətindən, eyni zamanda, qurumdan Azərbaycana qarşı hansısa bir qərarın gözləməkdən sonra Ermənistan necə sülhdən danışacaq bilinmir. Qarabağ erməniləri anlamalıdırlar ki, başqa yol yoxdur - Azərbaycanın şərtləri əsasında danışıqlara getməlidirlər.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

