Dirçələn Laçın, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gücünü göstərir
01.09.2023 [13:03]
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.
44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən Qarabağda yenidənqurma işlərinə başlanıldı.Hal-hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır.
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
Ölkə başçımız tədbirdə çıxış etdi və buraya köçürülən sakinlərlə səmimi söhbət etdi. Bu görüşdə laçınlıların sevincinin yerə göyə sığmadığının və Prezident İlham Əliyevi sevdiklərinin şahidi olduq. Hər zaman olduğu kimi bu gün də xalq öz Prezidentinin, liderinin ətrafında birləşərək işğaldan azad edilmiş bütün ərazilərimizi yenidən qurur, bərpa edir. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərimizin yaşaması, işləməsi üçün hər cür şərait yaradılıb. Burada inşa edilən məktəblər, xəstəxanalar, sosial obyektlər, müasir, dünya standartlarına uyğun tikilib. 30 il ermənilər ərazilərimizi tamamilə viran qoymuşdular. Özlərini yazıq, məzlum adlandıran ermənilər şəhər və kəndlərimizin evlərinin daşlarını belə söküb Ermənistana daşımışdılar. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Çox təəssüf ki, heç kim erməniləri dayandırmırdı, işğala, talançılığa son qoymalarını tələb etmirdi. Azərbaycan xalqı isə qurub yaradan zəhmətkeş xalqdır. Bu gün biz Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri zamanı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. Laçın şəhərindən ünvanlanan mesajlar da qarşı tərəfə ciddi düşünmək üçün çağırışdır. Belə ki, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu İkinci Qarabağ müharibəsi dövründə 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki ölkəmizə qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq.” İlham Əliyev aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsinin yaradılmasına diqqəti yönəldərək bir daha bildirdi ki, atılan bu addım beynəlxalq hüquqa əsaslanır. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Belə ki, ölkə Prezidentinin və birinci xanımın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Cənab İlham Əliyev “Laçın Şəhəri Günü” bayram tədbirində bir daha bildirdi ki, dirçələn Laçın, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gücünü göstərir.
YAP quba rayon təşkilatının sədri Fidan Hüseynova.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

