ABŞ Ermənistandakı revanşist qüvvələri stimullaşdırır
16.09.2023 [23:10]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
XX əsrin sonlarından Sovet İmperiyasının süqutu ilə Azərbaycan Ermənistanın məlum təcavüzü ilə üzləşib. Təəssüf ki, ötən müddət ərzində Azərbaycanı müdafiə edən heç bir güc mərkəzi olmadı. Dünya ağalığı iddiasında olan ABŞ isə bu məqamdan yalnız öz maraqları çərçivəsində istifadə edib. Postsovet məkanında olan digər münaqişələrə birmənalı şəkildə dəstək verən ABŞ Ermənistan Azərbaycan münaqişəsində ikili standartlardan çıxış edib. Ərazilərimizin 30 ilə yaxın işğal altında qaldığı dövrdə daha çox işğalçının maraqlarından çıxış edən ABŞ bürokratiyası yenə öz ampluasındadır. Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyününü dəstəklənməsinə göstərilən dəstəyin çox az bir hissəsi Azərbaycan dövlətinə göstərilsəydi, bu gün ölkəmiz uzun illər erməni vandalları tərəfindən üzləşdiyi işğal faktının qarşısını çoxdan alardı.
Münaqişə yeni yarandığı dövrdən, yəni 1992-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu həmsədrləri – ABŞ, Fransa və Rusiya nümayəndələri münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması üçün əlindən gələni etdi, separatçı ermənilər minatəmizlənmə adı altında milyonlarla vəsait ayırdı. Hətta cinayətkar rejim üçün ABŞ-də ofis yaradılmasına “yaşıl işıq” yandırıldı, bunun hesabına separatçılar işğal dövrü ərzində hər il bir neçə dəfə ABŞ-yə səfər edərək rəsmi Vaşinqton nümayəndələri ilə görüşlər keçirdi, “Qarabağa yardım” vəsaiti topladı. Bu dünyanın supergücünün müstəqil Azərbaycanın dövlətinin ərazi bütövlüyünə verdiyi “dəyərin” göstəricisi idi. Azərbaycana qarşı bu münasibətin arxasında ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil siyasət dururdu. Çünki Azərbaycan rəhbərliyi heç zaman kimlərinsə iradəsini qəbul etmədi, yalnız ölkənin maraqlarından çıxış etdi. Burada bir maraqlı detal Azərbaycanın müsəlman ölkəsi olmağıdır. ABŞ supergüc kimi bütün dünyaya öz iradəsini diktə etmək üçün İslamı “sivil dünyanın” əsas düşməni elan etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldən bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmir, həm də əsas hədəfi müsəlman ölkələridir. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı ölkələr isə təcavüzə məruz qaldılar.
Bu gün bütün dünyaya məlumdur ki, bütün gərginlik ocaqları ABŞ-nin istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. Bu ölkəni nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Yer kürəsinin böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib. Azərbaycan da uzun illər ABŞ-nin və müttəfiqlərinin geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bir neçə dəfə hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Lakin dövlət və xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb.
Azərbaycan 2020-ci ildə müharibədə iqtidar-xalq birliyini bütün dünyaya nümayiş etdirdi. Elə buna görə də ABŞ Azərbaycana qarşı taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan mövqeli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara küllü miqdarda maliyyə vəsaiti ayırır. Amma Azərbaycanda iqtidar-xalq birliyi nəticəsində bu təhlükəni də dəf edəcəyik.
Bu məqamda xüsusi olaraq qeyd etmək lazımdır ki, bir qrup separatçını razı salmağı bacarmayan və ya buna maraq göstərməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmaq istəyir.
Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan vermir, Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanı açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ni də gözləyir.
Azərbaycan isə işğaldan azad olunmuş bölgələrdə tikinti-quruculuq işləri ilə məşğuldur. Bu istiqamətdə işləri daha da intensivləşdirir. Artıq işğaldan azad olunmuş bölgələrimizdə 30 ildən sonra məktəblərdə ilk zəng çalınıb. Qarabağ bölgəsi yaxın illərdə Avropanın və regionun enerji təminatında özünəməxsus yerə malik olacaq. Bu bölgə dünyanın ən müasir şəhər və kənd infrastrukturu ilə özündən söz etdirəcək. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti buna hesablanıb.
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 12:00
Gündəm
14 Oktyabr 11:58
İdman
14 Oktyabr 11:54
Hadisə
14 Oktyabr 11:51
Elm
14 Oktyabr 11:42
Sosial
14 Oktyabr 11:41
Sosial
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:12
İdman
14 Oktyabr 11:10
Dünya
14 Oktyabr 11:09
Sosial
14 Oktyabr 10:59
Dünya
14 Oktyabr 10:57
Dünya
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:14
Hadisə
14 Oktyabr 10:07
Siyasət
14 Oktyabr 10:00
Dünya
14 Oktyabr 09:54
Dünya
14 Oktyabr 09:38
Hadisə
14 Oktyabr 09:17
MEDİA
14 Oktyabr 08:34
Sosial
14 Oktyabr 07:40
İdman
13 Oktyabr 23:34
Din
13 Oktyabr 22:19
İqtisadiyyat
13 Oktyabr 21:32
Mədəniyyət
13 Oktyabr 20:18
Dünya
13 Oktyabr 19:35
Sosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15