Qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək
19.09.2023 [21:11]
Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin son zamanlar bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə fəxri qonaq qismində dəvət olunması ölkəmizin, Prezidentimizin nüfuzunun göstəricisidir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan bu günlərdə cənab İlham Əliyevin Tacikistan Prezidentinin dəvəti ilə bu ölkəyə səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisi kimi dəyərləndirilir.
Tacikistan və Azərbaycanı qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu gün ölkələrimizin qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki dost ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini daim diqqətdə saxlayır. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə cənab İlham Əliyevin dost ölkəyə nəvbəti səfəri münasibətlərin yeni prioritetlər üzrə inkişafını şərtləndirən amillərə işıq saldı. Səfər çərçivəsində Prezidentlərin təkbətək görüşü oldu. Aparılan danışıqlar ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza əsas verir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ümummilli Lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Əlaqələrin yeni prioritetlər üzrə inkişafında geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında Azərbaycan-Tacikistan arasında münasibətlərin hazırkı səviyyəsindən, ayrı-ayrı sahələr üzrə inkişafından geniş bəhs edərək bu əlaqələrin daha da möhkəmlənməsi üçün yeni istiqamətləri də açıqladı. Bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir. Cənab İlham Əliyev çıxışında bu məqama da xüsusi diqqət yönəltməklə bir daha ölkəmizin əməkdaşlıq əlaqələrinin genişlənməsində, hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsində maraqlı olduğunu açıqladı: “Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı- SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram.” Tacikistan Prezidenti cənab İlham Əliyevin səfərini həm əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı kimi dəyərləndirir. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Dövlət başçısı İlham Əliyev qarşılıqlı səfərlərin fəal dinamikasının davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

