Azərbaycan tarixi ədaləti bərpa edib
05.10.2023 [11:57]
Cari ilin sentyabr ayının 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edən hadisədir. Tədbirin siyasi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forumu artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir.
Forumda çıxış edən dövlət başçısı cənab İlham Əliyev mühüm məsələlərə toxundu. Bunlardanda biri məhz 30 il həsrətində olduğumuz torpaqlarımızın işğaldan azad olunması ilə bağlı idi.
Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi.1993-cü ildə BMT – nin qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd – şərtsiz tərk etmələri haqqında 822, 853, 874, 884 saylı qətnaməsinə məhəl qoymayaraq, işğal etdikləri ərazilərdə mühəndis – istehkam qurğuları qurmaqla Azərbaycana aşkar şəkildə meydan oxuyaraq yeni müharibə, yeni ərazilər şüarını səsləndirmələri Azərbaycana hərbi yolu seçməkdən başqa ikinci bir seçim imkanı qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Düşmən qoşunları yarımmühasirə vəziyyətinə düşdü. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistanı diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 1 dekabra kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz , qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanatı imzaladı.
Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Sentyabr ayının 19 da başlamış və 24 saata yaxın davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan növbəti dəfə Dəmir yumruğumuzun gücünü gördü. Bununla da Azərbaycanın ərazisində mərkli siyasət aparmağa çalışan Ermənistan və onun havadarları növbəti dəfə məğlubiyyətə düçar oldular.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

