Əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar yaranır
13.10.2023 [14:02]
İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlər əsas faktordur. Azərbaycan xarici siyasətində əməkdaşlığa xüsusi önəm verir. Daim bu əlaqələrin yeni sahələr üzrə inkişafı istiqamətində səylər göstərir. Hazırda Azərbaycanın beynəlxalq münaibətlər sistemində artan rolu, regionda ölkəmizin iştirakı olmadan hansısa layihənin həyata keçirilməsinin mümkünsüzlüyü özündə bütün məqamları ehtiva edir.
Cənab İlham Əliyev oktyabrın 8-də Gürcüstana sayca 11-ci səfərini etdi. Səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü, mətbuata birgə bəyanatları iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə nəzər salıb yeni prioritetləri müəyyənləşdirmələrində və təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edərkən ilk olaraq enerji sahəsində əməkdaşlıq göz önünə gəlir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır: “Təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.” Reallıq budur ki, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin siyasi iradəsi əsasında çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri reallığa çevrildi. Regional əməkdaşlığın əsası qoyuldu. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Zaman keçdikcə regional əməkdaşlıq beynəlxaql səviyyəyə yüksəldi. Dünyanın enerji təhlükəsizliyinin təminatında hər üç dövlətin rolu artır. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, təməl üzərində formalaşan münasibətlər artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilir. Cənab İlham Əliyev mətbuata bəyanatında Heydər Əliyev- Eduard Şevardnadze dostluğunun tarixindən bəhs edərək bildirdi ki, sovet dövründə onlar bir-birilə sıx təmasda idilər. O vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar: “Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.” Bu gün onların davamçıları Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər. “Çağırışlar demək olar ki, eynidir, problemlər eynidir” söyləyən dövlət başçısı möhkəm təmələ əsaslanan dostluğun, qardaşlığın bu gün yüksək səviyyədə olduğunu təsdiqləyir. Əsas çağırış, təbii ki, regionda sabitliyin, sülhün yaradılmasıdır. Gürcüstanın Baş naziri belə bir çağırışı səsləndirdi: “Bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün. Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.” Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan əlaqələri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

