Böyük Qayıdış proqramı uğurla icra edilir
23.10.2023 [11:11]
1827-ci ilə qədər kənd olmuş Füzuli şəhəri Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Tərkibinə bir şəhər və 78 kənd daxil olan rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir.
1993-cü il avqust ayının 23-ü Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur.
Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tarixi Zəfərlə sonlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz düşməni darmadağın edərək bütün torpaqlarımızı, o cümlədən 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini də işğaldan azad edilmişdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı görüşdə çıxış edərək Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü münasibəti ilə sakinləri təbrik edib. Cənab Prezident bildirib ki, füzulililərin gənc nəslinin də doğma torpağına köçməyinə qərar verməsi doğurdan da böyük hadisədir. Çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu xalqımızın böyüklüyünü göstərir və eyni zamanda doğma diyarımıza nə qədər bağlı olmağımızın bariz nümunəsidir.
Dövlətimizin başçısı çıxışı zamanı məlumat verib ki, hazırda Füzulidə 800-dən çox insan yaşayır və ilin sonuna qədər bu rəqəm təxminən 2000-ə yaxın olacaq. Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Cənab Prezident onu da qeyd edib ki, bu ən minimal göstəricidir. “Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”
Qələbəmizin qazanılmasında böyük fədakarlıq göstərərək şəhadət zirvəsinə yüksəlmiş əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramını ifadə edən ölkə başçısı bildirdi ki, onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu günə görə biz onlara borcluyuq. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Bu həqiqətdir, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırsa da Qələbəni əldə edən əsgərdir, zabitdir. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.
Prezident cənab İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17

