Azərbaycan enerji layihələrinin etibarlı tərəfdaşıdır
31.10.2023 [11:06]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bu gün dünya iqtisadiyyatının davamlı inkişafında bərpaolunan enerjidən səmərəli istifadə məsələsi ön planda dayanır. Neft-qaz yataqları ilə zəngin Azərbaycanın dövlətimizin başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməsi istiqamətində gördüyü işlər nəinki ölkəmiz, eyni zamanda, dünya üçün böyük əhəmiyyət daşıyır. Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasında Azərbaycanın qazandığı uğurlar biri-birini əvəzləyir. Avropanın enerji təhlükəsizliyində öz sözünü deyən Azərbaycan bu sahədə dövrün çağırışlarına cavab verən daha bir uğura imza ataraq dünyanın diqqət mərkəzinə çevrildi. Qalib Azərbaycanda oktyabrın 26-da MDB məkanında ən böyük günəş elektrik stansiyasının - 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi həyata keçirildi. Cəmi 1 il əvvəl 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə enerji layihələrinin reallığa çevrilməsində əhəmiyyətli rola malik olacaq. Belə ki, açılış mərasimi çərçivəsində üç investisiya sazişinin –imzalanması Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə doğru inamla addımladığını nümayiş etdirir.
Prezident cənab İlham Əliyev açılış mərasimindəki çıxışında da layihələrin davamlılığından xəbər verib: “Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.”
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi həm də Azərbaycan – Birləşmiş Ərəb Əmirliyi münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisi idi. Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu diplomatik addımları nəticəsində bu əlaqələr yüksələn sürətlə inkişaf etməkdədir. Birləşmiş Ərəb Əmirliyi Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləmiş və bütün beynəlxalq tribunalarda problemin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini müdafiə edib. 44 günlük Vətən müharibəsi zamanı rəsmi Ər-Riyad Azərbaycanın qanuni hüquqlarına dəstək mövqeyini bəyan edərək, münaqişənin BMT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu bütün dünyaya çatdırıb.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev diqqəti Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə yönəldərək bildirib ki, bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır.Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq.
Mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı münasibətlərin daha da güclənməsi Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə sülh və təhlükəsizlik işinə xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36

