Parlaq Zəfərin üçüncü ildönümü
03.11.2023 [14:48]
Məlum olduğu kimi 27 sentyabr 2020-ci ildə başlanmış və cəmi 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğalçı ölkə Ermənistanın ordusunu darmadağın edərək, 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.
Noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökən Ermənistan ordusu məğlub olduğunu qəbul etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi. 20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi və hər üç rayon Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu, Azərbaycanın əldə etdiyi ən böyük diplomatik uğurlardan biri kimi tariximizə yazıldı.
Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri təxribatlarından qalmır, terror aktları törədir, bunun nəticəsi olaraq mülkü vətəndaşlarımız həlak olurdu. Bütün bunlar vadar etdi ki, Azərbaycan antiterror əməliyyatı həyata keçirsin və qanunsuz silahlı dəstələri zərərsizləşdirsin. Cari ilin sentyabrında birgünlük lokal xarakterli antiterror tədbirləri həyata keçirildi, düşmənin qanunsuz silahlı dəstələri məhv edildi. Nəticədə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
15 oktyabr 2023-cü ildə Dövlətimzin başçısı Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu gün qürür və fəxrlə deyirik ki, artıq ölkəmizin hər bir guşəsində Üçrəngli Bayrağımız dalğalanır. Bütün bunlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev heç vaxt başladığı işləri yarımçıq qoymayan,verdiyi vədləri yerinə yetirən və bütün fəaliyyəti boyunca nəyi, nə zaman və necə etməyi çox yaxşı bilən Liderdir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir.
8 noyabrda Azərbaycanın Qarabağda qazandığı böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunacaq. Bu il isə birinci il olacaq ki, Zəfər Gününü Xankəndində, Xocalıda, Xocavənddə də qeyd edəcəyik.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

