Ağstafada “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib
07.11.2023 [10:30]
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, YAP Ağstafa rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Sonra Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksi ziyarət olunub, abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və bildirib ki, üç il öncə başlayan Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll edərək düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova öz növbələrində qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.
Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Sonda isə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17

