Zəfərimizi rəsmiləşdirən Bəyanat
07.11.2023 [10:49]
Noyabrın 10 -da Vətən müharibəsində əldə etdiyimiz qələbəni rəsmiləşdirən tarixi Bəyanatının imzalanmasından üç il ötür.
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi düşmənin otuzillik işğalına son qoydu və ölkəmizin şanlı Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökən Ermənistan ordusu məğlub olduğunu qəbul etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək, bu günün ölkəmiz üçün tarixi bir gün olduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu, imzalanmış üçtərəfli bəyanatın məsələnin həlli istiqamətində son nöqtə olacağını bildirdi.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi. 20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi və hər üç rayon Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bununla da Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Zəfər əldə etdi. Bu zəfər eyni zamanda onu nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Onun sayəsində Azərbaycan öz istədiyinə nail olur.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Qarabağa heç bir status verilmədi. Ümumiyyətlə Statusdan söhbət getmədi. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin olmadığı, Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisi olduğu, Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətində olduğu öz əksini tapdı.
Bəyanata əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Daxili məcburi köçkünlər və qaçqınlar Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləməsi Bəyanatda yer alan əsas bəndlərdən idi.
10 noyabr 2020- ci ildə imzalanmış bu Bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bu Bəyanat ölkəmizin şanlı qələbəsini rəsmiləşdirdi, eyni zamanda döyüş meydanında qazanılmış qələbələrin siyasi müstəvidə də qazanılmasını təmin etdi.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

