Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəməlidirlər

Gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəməlidirlər

01.03.2012 [01:20]

YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin İKT sahəsində biliklərinin artırılması üçün ideoloji, texniki və nəzəri seminar keçirilir
Məlum olduğu kimi, dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi öz işinə başlayıb. Müşavirə çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və s. məsələlərlə bağlı üç müxtəlif qrupda işi davam etdiriblər.
YAP GB rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi çərçivəsində I qrup üçün təşkil edilən İKT texniki seminarında sosial şəbəkələrdən istifadə qaydaları, üsulları, həmçinin, elektron ünsiyyətin intensivləşdirilməsi metodlarından geniş bəhs olunub. Müşavirə iştirakçılarına bəhs olunan məsələlərlə bağlı praktik surətdə informasiyalar çatdırılıb. İştirakçılar onlar üçün ayrılan kompüterlərdən istifadə etməklə sosial şəbəkələrdən istifadə edilməsinin tətbiqi qaydaları ilə tanış olublar.
II qrup üçün təşkil edilən İKT nəzəri seminarında sosial şəbəkələr mövzusu ətrafında müzakirələr aparılıb. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, partiyanın Gənclər Birliyinin ofisinin meneceri Sərraf Hüseynov bildirib ki, bu gün hər bir Azərbaycan gənci virtual aləmin, İKT-nin imkanlarından istifadə etməlidir. Onun sözlərinə görə, əsas məqsədimiz sosial şəbəkələrdə vətəndaş olaraq məsuliyyətimizi dərk etmək, həmçinin, üzərimizə düşən borcumuzu yerinə yetirmək üçün vəzifələrin müəyyənləşdirilməsidir. S.Hüseynov deyib ki, bu gün real həyatda müşahidə olunmayan müxtəlif qərəzli məlumatlar çox asanlıqla virtual aləmdə öz əksini tapır. Bildirilib ki, “Sosial şəbəkə” termini elmi leksikona 1954-cü ildə ingilis sosioloqu Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən (birlik, sosial qrup, insan) ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan veb səhifədir. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bu “odnoklassniki.ru”nun sələfi hesab edilən “classmates.com” idi. 1999-cu ildə yaradılan “Livejournal”, 2003-cü ildə meydana çıxan “MySpace” də öz növbəsində xeyli populyarlıq qazanıb. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış “Facebook” və 2006-cı ildə yaradılan “Twitter” hesab edilir.
Sosial şəbəkələrin yaranma tarixi və mahiyyəti barədə danışan S.Hüseynov qeyd edib ki, hazırda bu şəbəkələrin kiçik informasiyanın geniş auditoriyaya çatdırılması, siyasi məqsədlər və müəyyən ideologiyanın yayılması, hətta qazanc əldə etmək, yarışların təşkili və xeyriyyə aksiyalarının keçirilməsi baxımından imkanları olduqca genişdir. Seminarda sosial şəbəkələrdə baş verənlər, sosial şəbəkələrdə əldə olunanlar, məsuliyyətimiz, sosial şəbəkələrdə nə əldə edə bilərik və nə etməliyik mövzusu ətrafında maarifləndirici bilgilər verilib.
III qrup üçün təşkil edilən İKT ideoloji seminarında isə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ideoloji məsələlər ətrafında elmi-praktik səciyyəli mühazirə ilə çıxış edib. YAP İcra katibinin müavini iştirakçılara ümumi ideoloji məsələlərlə bağlı məlumat verib, müstəqillik dövründə ölkəmizin qarşısında duran fundamental vəzifələrdən bəhs edib. Müstəqilliyin ilk illərində milli dövlət quruculuğu istiqamətində müəyyənləşdirilmiş vəzifələrdən, onların həyata keçirilməsi yönündə atılan addımlardan, problemlərdən, reallıqlardan və ideoloji məsələlərdən söz açılıb. Həmçinin, ideoloji məsələlər çərçivəsində müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarından, başlıca tendensiyalarından və perspektiv inkişaf istiqamətlərindən bəhs olunub. Eyni zamanda, müasir, müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi daxili və xarici siyasət kursunun fonunda ideoloji oriyentasiyalar və məsələlərə dair fikirlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Yeri gəlmişkən, müşavirədə təmsil olunan YAP GB rayon və şəhər təşkilatlarının sədrləri tədbiri yüksək qiymətləndiriblər. Məsələn, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahov qeyd edib ki, belə bir müşavirənin keçirilməsi olduqca təqdirəlayiq hal və hadisə kimi qiymətləndirilməlidir: “Texniki, ideoloji və nəzəri məsələlərlə bağlı seminarın keçirilməsi sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək, ideoloji məsələləri dərk etmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bütün bunlar gənclərin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardımçı olacaq, həmçinin, istiqamətləndirici, maarifləndirici səciyyə daşıyacaq”.
YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri Samirə Hacıyevanın sözlərinə görə, müşavirə çərçivəsində bu cür seminarların təşkil olunması rəqəmsal dünyanın yeni nailiyyətlərinin daha dərindən mənimsənilməsinə, sosial şəbəkələrdə fəaliyyətin milli maraqlar əsasında qurulmasına çox mühüm töhfələr bəxş edəcək: “Bütün bunlar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının işinə də müsbət təsir edəcək. çünki gənclər bu gün müasir dövrün tələblərinə müvafiq surətdə informasiya texnologiyalarından istifadə qaydalarını bilməli, eyni zamanda, ideoloji məsələləri dərindən mənimsəməlidirlər. Bu baxımdan, belə bir seminarın keçirilməsi olduqca müsbət haldır”.
“Seminar çərçivəsində informasiya texnologiyaları, nəzəri və texniki məsələlərlə bağlı çox əhəmiyyətli məlumatlar diqqətimizə çatdırıldı. Bu, gənclərin informasiya texnologiyaları ilə bağlı biliklərinin dərinləşdirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri isə YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev deyib.
YAP Yevlax rayon təşkilatının Gənclər Birliyinin sədri Ariz Mikayılovun sözlərinə görə isə, gənclərin dünyagörüşündən asılı olaraq, sosial şəbəkələrdəki fəaliyyəti müxtəlif cür xarakterizə oluna bilər: “Hesab edirəm ki, İKT sahəsində biliklərin artırılması və sosial şəbəkələrdən səmərəli istifadə edilməsi istiqamətində YAP Gənclər Birliyinin təşkil etdiyi seminarın əhəmiyyəti böyükdür”.
Seminar iştirakçısı olan YAP Ağdaş rayon təşkilatının Gənclər Birliyinin sədri Anar Şahmuradov da belə bir tədbirin təşkilini yüksək qiymətləndirib: “Əminik ki, bu cür seminarların təşkil olunması gənclərin sosial şəbəkələrdəki fəaliyyətinin milli maraqlar əsasında qurulması işinə dəstək verəcək. Hər bir azərbaycanlı gənc vətəndaş mövqeyini ortaya qoyaraq, xalqımızın və dövlətimizin əleyhinə yönəlmiş yalan iddialara cavab verməlidir”.
SEVİNC NURİYEVA
NURLAN QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 1198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30