Azərbaycanla təzyiq, hədə-qorxu dili ilə danışmaq faydasızdır
13.01.2024 [11:30]
Prezident İlham Əliyevin mütamadi olaraq yerli və xarici mətbuata verdiyi müsahibələr mövcud reallqıları, Azərbaycan həqiqətlərini, erməni vandalizmini, vəhşiliklərini və cinayətlərini beynəlxalq aləmin diqqətinə çatdırmaqla yanaşı, dövlət başçımızın yüksək natiqlik bacarığını, eyni zamanda, mətbuata açıq olduğunu nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da növbəti dəfə yerli televiziya kanallarına müsahibə verib.
Ölkə başçısı müsahibəsində ölkəmizin bu günü, gələcəyi, əsasən də Qarabağda baş verən proseslərlə bağlı çox vacib məqamlara toxunub, mövcud reallıqları diqqətə çatdırıb, qarşıda görüləcək işlərdən, planlardan bəhs edib. Eyni zamanda, cənab Prezident ciddi mesajlar verib.
Ölkə başçısı müsahibəsi əsnasında dünyada beynəlxalq hüququn işləmədiyini, bu mexanizmlərin ancaq zəif ölkələr üçün işə salındığını, böyük dövlətlərin buna məhəl qoymadığını bəyan edərək, heç kimdən, heç bir qüvvədən çəkinmədən, müəyyən dairələrin təhdidlərinə məhəl qoymadan tam müstəqil siyasət yürütdüyünü nümayiş etdirmiş oldu. Dünyada ədalətsizlik hökm sürdüyü halda , ədaləti tələb edən ölkələr ədaləti özləri təmin etməlidir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan da məhz bu prinsipi rəhbər tutaraq ədaləti özü bərpa etdi.
Prezident İlham Əliyev müsahibəsində bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasında olduğunu bildirərək, bunun, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılması ilə bağlı ölkə başçısının açıqlaması mühüm məqamlardan biri oldu. İlk növbədə Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər”, - deyən cənab Prezident bəyan edib ki, “Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir".
“Bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini şərtləndirən əsas amillər nədən ibarətdir?”, sualına aydınlıq gətirən Dövlət başçısı bildirib ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır.
Prezident İlham Əliyev ictimaiyyəti maraqlandıran ölkəmizin hələ də işğal altında qalan 8 kəndi ilə bağlı suala cavablandıraraq, bu məsələnin daim gündəlikdə olduğunu bildirib: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən, Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.
Dövlətimizin başçısı işgaldan azad edilmiş ərazilərdə görüləcək işlərə, əhalinin o ərazilərə qayıtması məsələsinə də toxunaraq, dövlətin öz üzərinə düşən vəzifəni icra edəcəyini, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytaracağını bildirib. Ölkə başçısı onu da əlavə edib ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi, ictamaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirməklə yanaşı, bir daha göstərdi ki, Azərbaycanla təzyiq, hədə-qorxu dili ilə danışmaq faydasızdır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

