Hec kim Azərbaycana təzyiq göstərə bilməz
29.01.2024 [10:54]
Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil respublikamızın demokratik inkişaf prosesi dönməz xarakter aldı və azadlığın, qanunun aliliyinin möhkəm təminatı yaradıldı. Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan hələ 2000-ci ilin iyunundan öz öhdəliklərini yerinə yetirməyə başladı. Halbuki bu öhdəliklər təşkilata üzv qəbul olunduqdan sonra qüvvəyə minir. Hələ 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev demişdir: “Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir. Azərbaycan Respublikası qonşu Ermənistanın genişmiqyaslı hərbi təcavüzünün qurbanı olmuşdur. Ermənistan ərazimizin 20 faizini işğal edibdir və orada özünün hərbi gücünü artırmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən yurd-yuvasından qovulmuş bir milyon azərbaycanlı 8 ildən çoxdur ki, dözülməz şəraitdə, çadırlarda əzab-əziyyət içində yaşayır. Dünyanın heç bir yerində belə dəhşətli vəziyyət yoxdur. Amma təəssüflər olsun ki, dünya birliyi bu faciəyə biganədir.Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz və dərhal azad olunması barədə dörd qərtnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu sənədlərin tələblərini yerinə yetirmir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsi ilə 1992-ci ildən ATƏT-in Minsk qrupu məşğul olur, lakin onun fəaliyyəti də hələ nəticə vermir.”
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.
Bu gün bütün dünya dövlətləri yaxşı bilir ki, Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.
Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində beynəlxalq riyakarlığın təzahürünü, Azərbaycana qarşı olan qərəzli davranışı bütün dünya dövlətləri bir daha aydın şəkildə gördü. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Əminik ki, Avropanın qərəzli və səmərəsiz cəhdləri heç bir fayda verməyəcək. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Çünki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.
Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Bu gün Azərbaycan özünün coğrafi mövqeyindən, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik olan təbii ehtiyatlarından və potensialından istifadə edərək bir çox dövlətlərlə əməkdaşlığıni uğurla davam etdirir. Heç bir güc Azərbaycana təzyiq göstərə bilməz və tutduğu haqq yolundan döndərə bilməz.
Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

