Xocalı faciəsi unudulmayan qan yaddaşımızdır
22.02.2024 [13:16]
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında “Xocalı faciəsi unudulmayan qan yaddaşımızdır” mövzusunda gənclərlə dəyirmi masa təşkil olunmuşdur.
İlk öncə Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev giriş nitqi ilə çıxış edərək 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni vandallarının törətdiyi soyqırım aktı barədə gənclərimizə ətraflı məlumat verərək bildirdi ki, zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkirli siyasət erməni xislətinin sağalmayan sindiromudur. Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar.
1988-ci ildən erməni separatçıları tərəfindən xalqımıza qarşı başladılan silsilə terror proseslərinin ən dəhşətli və qorxulu pik həddi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı oldu. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.
Ancaq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Xocalının qisasını artıqlaması ilə aldı, düşmənə illərlə unuda bilməyəcəyi sarsıdıcı zərbələr endirdi və ən əsası bu Xocalı şəhərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.
Daha sonra çıxış edənlərdən YAP Ağdam rayon təşkilatının sədr müavini İntiqam Quliyev, Elmin Məmmədov, Şirin Əkbərzadə, Xəyal Əliyev və başqaları öz çıxışların da tarixi ,bəşəri cinayət olan Xocalı soyqırımının xalqımızın qan yaddaşına çevrildiyini vurğulayaraq bildirdilər ki, qisas qiyamətə qalmadı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldı.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

