Tarixi çıxış
11.03.2024 [11:13]
Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev sözün əsl mənasında tarixi çıxışıından 4 il ötür. Bu tarixi çıxışında cənab Prezident həm ölkəmizdə həyata keçirilən siyasət, həm parlamentin işinin necə qurulması, həm də bütövlükdə Azərbayan cəmiyyətinin bundan sonrakı mərhələlərdə inkişafına dair çox mühüm, önəmli fikirlər bildirdi, dəyərli tövsiyələrini səsləndirdi. Ötən illərdə həyata keçirilən siyasətin nəticələrini təhlil etdikdə həmin çıxışında ölkə rəhbəri tərəfindən irəli sürülən fikirlərə Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafı üçün yol xəritəsi kimi qiymət vermək olar.
Cənab Prezident çıxışında parlament seçkilərinə qiymət verərək belə bir fikir səsləndirdi ki, bu seçki Azərbaycan xalqının iradəsini əks etdirir. Dövlətimizin başçısı qeyd edib: “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir”.
Çoxpartiyalı parlamentin formalaşmasını demokratik idarəetmənin əsas komponenti kimi xarakterizə edən ölkə başçısı bildirib ki, sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Milli Məclisi qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlər səsləndirən cənab Prezident qeyd etdi ki, bu məsələdə parlamentin dəstəyi daha təsirli olmalıdır, deputatlar beynəlxalq təşkilatlarda haqq işimizi daha fəal şəkildə təbliğ etməlidirlər.
Elə həmin ilin payızında Qarabağ probleminin həll olunması və tarixi Zəfər göstərdi ki, cənab İlham Əliyev proseslərin bilavasitə idarəedicisi kimi yaxın vaxtlarda bu işlərə start veriləcəyini işarə edərək cəmiyyətin dövlətlə birlikdə hərəkət etməsinin vacibliyini ön plana çəkmişdir.
Məhz həmin siyasətin nəticəsi olaraq 3 il ərzində Azərbaycan 30 illik işğala son qoymaqla öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasət öz bəhrəsini verdi.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

