Mühüm beynəlxalq platforma
18.03.2024 [11:05]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas mərkəzlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır. Digər forumlarda olduğu kimi “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda da dünya ictimaiyyətini düşündürən aktual mövzular müzakirə edilib. Forumda qlobal dünya nizamına təhdidlər fonunda siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu siyasətçiləri, diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilir.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qlobal Bakı Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi beynəlxalq platformalarla bir sırada dayanır. Ümumilikdə budəfəki Forumda 70-dən çox ölkədən 350 nəfərdən artıq iştirakçı təmsil olundu. Forumda iştirak edən nüfuzlu diplomatlar və siyasətçilər beynəlxalq arenada ən vacib məsələlərlə bağlı müzakirəyə töhfə vermək imkanına malikdirlər.
Forum çərçivəsində münaqişələrin həlli də geniş şəkildə müzakirə edilir. Bu mənada Azərbaycanın təcrübəsi, 44 günlük müharibənin nəticələrini əsl nümunə hesab etmək olar. Ümumiyyətlə, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə də əsas diqqət bölgədə dayanıqlı sülhün möhkəmlənməsinə yönəlib. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir nümunədir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Prezident İlham Əliyev Forumun açılışı mərasimində çıxışı zamanı bildirib: “Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək. Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi”. Dövlətimizin başçısı hazırda regionumuzda sülh üçün şansın olduğunu biur daha bəyan edib. Forumun iştirakçıları da ölkəmizin sülh təşəbbüslərini təqdir ediblər.
Cənab Prezident çıxışında həmçinin ölkəmizin enerji siyasəti, COP29, yaşıl enerji faktorunu da xüsusi vurğulayıb.
Ümumiyyətlə, Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın fəal siyasəti mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçirilən və müzakirə olunan mövzularının zənginliyi ilə seçilən XI Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası kimi tarixə düşəcək. Forumda müxtəlif panellər üzrə aparılan geniş mövzuların müzakirəsi dünyada sülh və əməkdaşlığı təşviq edir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

