Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samuxda partiya fəalları ilə növbəti görüş keçirilib

Samuxda partiya fəalları ilə növbəti görüş keçirilib

05.04.2024 [10:43]

4 aprel 2024-cü ildə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov İnstitut qəsəbə ərazi partiya təşkilatında partiya  fəalları ilə növbəti  görüş keçirdi.

Görüş iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən danışdı. Qeyd etdi ki, cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Həmçinin Gündüz Bayramov onu da bildirdi ki, tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifələri daha da zənginləşib. Ötən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin qarşısında geniş imkanlar yaradıb. Qarşıya yeni hədəflər qoyulub. Ən əsası ölkəmizin həyatında artıq yeni dövr başlayıb.

           Görüşdə partiya fəalları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdilər.  Qeyd edildi ki, müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

         Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənildi və qaldırılan məsələlərlə bağlı müzakirələr aparıldı.

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31