Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edilib, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.