Prezident İlham Əliyev Polşanın Prezidenti Bronislav Komorovski ilə görüşüb
Dünən Əfqanıstana səfər edən Polşa Respublikasının Prezidenti Bronislav Komorovski yolüstü Bakıda olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.