ABŞ-də təxminən 6 min aviareys təxirə salınıb və ya ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “FlightAware” portalı məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində ölkədə 5700-dən çox uçuş gecikib, daha 242 reys isə ləğv olunub.
“The New York Post” qəzetinin yazdığına görə, gecikmələrə səbəb ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines” şirkətinin Atlanta hava limanındakı elektron sistemində yaranan nasazlıq olub. Nəticədə yüzlərlə reysin qrafikində pozuntu yaranıb.