"Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək”.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.