ABŞ-nin Vaşinqton ştatında yerləşən məktəblərdən birində baş verən bıçaqlı hücum nəticəsində azı beş nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Fox News” telekanalının filialı məlumat yayıb.
Bildirilib ki, hadisə Tacoma şəhərindəki liseylərdən birində baş verib. Yaralanan beş nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
Şübhəli şəxs saxlanılıb. Onun kimliyi və hadisənin motivi barədə hələlik məlumat açıqlanmayıb.
Yerli “NBC News” telekanalının məlumatına görə, yaralananlar arasında dörd şagird və bir mühafizəçi var.