“BilBacar” müsabiqəsinin I hazırlıq mərhələsinə başlanılıb

“BilBacar” müsabiqəsinin I hazırlıq mərhələsinə başlanılıb

“BilBacar” müsabiqəsinin I hazırlıq mərhələsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, şagirdlər məktəb koordinatorları tərəfindən təqdim olunan giriş məlumatları vasitəsilə platformaya daxil olaraq sualları cavablandıra bilərlər.

Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat prosesi davam edir. Müsabiqə haqqında ətraflı məlumatı bilbacar.edu.az internet səhifəsindən əldə etmək mümkündür.