“Hər birinizi salamlayıram. Mən Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimovayam. Təəssüf ki, bu görüşdə iştirak edə bilmədim. Amma 7 fevralda baş tutacaq seçkilərdə bir gənc kimi mən də iştirak edəcəm. Sizləri seçkilərdə iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıram!”
Bu sözləri Azərbaycanın səhid general-mayoru Polad Həşimovun qızı Aybəniz Həşimova Qəbələdən olan gənc seçicilərə çağırışında səsləndirib.
Bu barədə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev sosial şəbəkə hesabında paylaşıb: “Mən Qəbələyə, gənclərlə görüşə gələndə şəhid generalımız Polad Həşimovun qızı Aybəniz xanım onun qısa və məzmunlu müraciətini səsləndirməyimi istəmişdi.
Böyük məmuniyyətlə yerinə yetirdim.
Polad Generalımızı ehtiramla anırıq!”