Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul edib. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bir sıra mühüm layihələr üzrə fəal işlərin aparıldığı qeyd edilib, ölkəmizin müvafiq strukturları ilə Dünya Bankı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.