Agentlik: Birinci rübdə istehlakçılara 56 min manatadək vəsait qaytarılıb

Agentlik: Birinci rübdə istehlakçılara 56 min manatadək vəsait qaytarılıb

Cari ilin yanvar-mart ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılardan daxil olan 1462 müraciətə baxılıb.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmin olunmuş 595 müraciət əsasında 56 min manatadək vəsait istehlakçılara qaytarılıb.

İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır.