Azərbaycanla Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair “Yol xəritəsi” imzalanıb

Noyabrın 25-də Bakıda Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında 2027–2028-ci illər üçün parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.