Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.
Fevralın 4-də komissiyanın iclasında Şuşa Bəyannaməsi müzakirə olunub.
İclasda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da iştirak edib. O, Cənubi Qafqazın strateji bölgə olduğunu söyləyib. Nazir müavini bu regionda baş verən hadisələrin Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını vurğulayıb.
Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib.