Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.