Dekabrın 25-də Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplantıda Şuranın İdarə Heyətinin sədri və üzvləri, Şura Aparatının əməkdaşları, 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətləri, tanınmış alimlər, ziyalılar və fəal gənclər iştirak edirlər.
Yığıncağın gündəliyinə Azərbaycan Ağsaqqallar Şurasının illik hesabatının dinlənilməsi daxildir.
Tədbirin yekununda bəyanat qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə təsis olunub.